Bakıda İrəvanla danışıqlardan nəzərə çarpan nəticələr və Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyini gözlənilir. Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bəyan edib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, Əmirbəyov Çinin “Feniks” telekanalına müsahibəsində deyib ki, hazırda Bakı və İrəvan arasında danışıqlar altı ay əvvəlkindən daha yaxşı gedir.
Azərbaycan prezidentinin nümayəndəsi may ayında həm dövlət başçıları səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində danışıqların aktivləşməsindən məmnunluq ifadə edib. Eyni zamanda, o əlavə edib ki, Bakıda bu danışıqlardan «nəzərə çarpan nəticələr» gözlənilir.
Əmirbəyov qeyd edib ki, Azərbaycanda danışıqlarda irəliləyiş əldə oluna biləcəyinə əlamətlər müşahidə olunub. O, diqqət yetirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Qarabağ regionu daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün tanınması bəyanatı Bakı üçün mühümdür, bu da “bizə əsas razılaşma əldə etməkdən o qədər də uzaq olmadığımıza inanmağa imkan verir”.
Azərbaycan prezidentinin nümayəndəsi bəyan edib ki, Bakı həmçinin İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. “Ermənistanın üzərinə götürdüyü bütünöhdəliklərin yerinə yetirməsini gözləyirik. İlk növbədə, onlar öz silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisindən çıxarılmasını başa çatdırmalıdırlar, çünki hətta bu gün - atəşkəs haqqında sazişin imzalanmasından iki il yarım keçdiyi dövrdə də Ermənistan silahlı qüvvələrinin bölmələrinin 10 min nəfərlik şəxsi heyəti hələ də qeyri-qanuni olaraq Azərbaycanın Qarabağ bölgəsindədir", - Əmirbəyov vurğulayıb. O əlavə edib ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisini nə qədər tez tam tərk edərlərsə, sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqların tezliklə başa çatması şansı da bir o qədər çox olar. **
R.Kərimov