2023-cü ilin yanvar-iyul ayları ərzindədövlət əmlakının icarəsindənbüdcəyə 19,3 milyon manat (cari məzənnə ilə $11,3 milyon) vəsait ödənilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
2023-cü ilin 7 ayı ərzində qeyri-yaşayış sahəsinə dair 418 yeni icarə müqaviləsi bağlanılıb. Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,6 milyon manat vəsait ödənilib.
Cari ilin yanvar-iyul aylarında 1.497 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 15,7 milyon manat məbləğində vəsait ödənilib. **
B.Rüstəmbəyov