Fransanın Azərbaycan əleyhinə təbliğatı davam edir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” hesabında yazıb.
Hacıyev qeyd edib ki, "France24" agentliyinin dərc etdiyi məqalədə ermənilərə məxsus olduğu iddia edilən şəkil əslində Agence France-Presse (AFP) tərəfindən 2020-ci ildə çəkilən və Azərbaycan xalqının ağrı-acısını əks etdirən şəkildir, “France24” həmin şəkli “erməniləşdirib”.
“Bu, təbliğatın iyrənc formasıdır, obyektivlikdən və jurnalist etikasından uzaqdır”, - prezidentin köməkçisi vurğulayıb. **
V.Əliyev