Ankara ilə Moskva arasında münasibətlərdə soyuqluq qeydə alınmır, tərəflər tazıl sazişi üzrə danışıqları davam etdirir. Bu barədə Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıc CNN Türk telekanalına bəyan edib.
“Xeyr, soyuqluq yoxdur. <...> Xarici siyasət səviyyəsində taxıl sazişi üzrə danışıqları davam etdiririk”, - o qeyd edib.
Kılıc dəqiqləşdirib ki, həmçinin iki ölkənin kəşfiyyat orqanları arasında fəal iş gedir. Müşavirin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin ilə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında heç bir problem yoxdur.
O xatırladıb ki, NATO-ya üzv ölkənin lideri kimi Ərdoğan Ukraynadakı münaqişənin hər iki tərəfi ilə danışıqlar apara biləcək yeganə prezidentdir. **
V.Əliyev