Şənbə günü Azərbaycan Ordusu tərəfindən Azərbaycanın Qarabağ regionunda qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğularını hazırlamaq cəhdinin qarşısı alınıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər”, - nazirliyin məlumatında deyilir.
MN-dən əlavə olunub ki, “bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhaldayandırılıb”. **
V.Əliyev