Azərbaycanın turoperatorlarının Dağıstana biznes missiyası başa çatıb. Biznes missiya Dağıstanın İxraca Dəstək Mərkəzi ilə Dağıstan Turizm Nazirliyi və Turoperatorlar Assoasiyası ilə birgə təşkil olunub.
Azərbaycanın turizm biznesinin nümayəndələri Dağıstana səfər zamanı əsas yerləri – Sulak kanyonu, “Köhnə Sivux” qlempinqi, Qoor kəndi, Dərbənd və s. ziyarət ediblər.
«Azərbaycanın Dağıstanla mümkün əməkdaşlıq variantlarından biri ərəb ölkələrindən gələn qonaqlar üçün miks-turizm marşrutların hazırlanması olacaq», - Dağıstanın İxraca Dəstək Mərkəzi qeyd edir. **
R.Əhmədov