Azərbaycan prezidenti İlham Əliyev “Dövlət satınalmaları haqqında” qanunun yeni redaksiyada tətbiqi barədə fərman imzalayıb.
Qanunun mətni şənbə günü dövlət baçısının saytında dərc olunub.
Qanun 10 fəsil və 59 maddədən ibarətdir. Qanun Azərbaycan Respublikasında dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını və qaydalarını müəyyən edir.
59-cu maddəyə əsasən, qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. **
R.Əhmədov