Türkiyə BMT ilə Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının bərpası ilə bağlı danışıqlar aparır. Bu barədə Türkiyənin Sabah nəşri məlumat verir.
Nəşr yazır ki, Ankara BMT nümayəndələri ilə taxıl sazişinin bərpası üzrə müxtəlif variantları müzakirə edir. Variantlardan biri – Rusiya ilə Ukrayna arasında danışıqarın İstanbulda keçirilməsidir.
“Sabah”ın məlumatına görə, Türkiyə hesab edir ki, Ukrayna taxılının alternativ ixrac marşrutları daha az təhlükəsiz və səmərəlidir. Bundan əlavə, onlardan istifadə bölgədə gərginliyin artmasına səbəb ola bilər.
Türkiyə hökuməti öncə taxıl sazişinin bir neçə ay deyil, ən azı bir il müddətinə uzadılmasını təklif edirdi. Nəşr qeyd edir ki, bu, gələcəkdə taxıl qiymətlərinin bahalaşmasının qarşısını almağa imkan yaradacaq.
Xatırladaq ki, Rusiya taxıl sazişi üzrə razılaşmalarda iştirakını 17 iyul 2023-cü ildə dayandırıb. **
V.Əliyev