Macarıstan XİN başçısı Peter Siyarto məlumat verib ki, Budapeştdə baş nazir Viktor Orban və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan arasında danışıqların yekunlarına dair Macarıstan 2024-cü ildə Türkiyədən 275 milyon kubmetr qaz alacaq.
“Biz Türkiyənin “BOTAS” şirkəti ilə saziş üzərində işi sona çatdırdıq. Sazişə əsasən, 2024-cü ilin yaz və yay ayları ərzində Türkiyədən 275 milyon kubmetr qaz alacağıq”, - Siyarto deyib. **
İnformasiya şöbəsi