Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bazar günü Macarıstanın paytaxtı Budapeştdə görüşüblər. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Avqustun 20-də Budapeştdə atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalı keçirilib. İki ölkənin liderləri Milli Atletika Mərkəzində yarışı izləyiblər.
“Stadionda Türkiyə lideri Prezident İlham Əliyevlə söhbət edib”, - deyə məlumatda qeyd olunub.*
N.Abbasova