Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də Azərbaycana səfər edəcək. Bu barədə bu gün Özbəkistan liderinin dəftərxanasından məlumat verilib.
“Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də bu ölkəyə dövlət səfəri edəcək”, - deyə məlumatda bildirilib.
Səfər proqramı iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların və digər tədbirlərin keçirilməsini nəzərdə tutur.
“Gündəliyə Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşdirilməsi və prioritet sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Danışıqların yekunu olaraq ikitərəfli sazişlər paketinin qəbul ediləcəyi gözlənilir”, - deyə məlumatda qeyd olunub.*