Bakı Dövlət Universiteti (BDU) İKT və laboratoriya avadanlıqlarının, uyğun reagentlərin satın alınmasına 12,4 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “UNIVERSAL PRO” şirkəti ilə 12,397 milyon manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin icra müddəti 8 avqust 2023 - 30 aprel 2024-cü ildir.*
R.Kərimov