Budapeşt Bakı ilə Macarıstana 1 milyard kubmetr qazın tədarükü ilə bağlı razılığa gəlib. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyi xarici mətbuata istinadən xəbər verir ki, Siyarto qeyd edib ki, Macarıstan uzun müddətdir ki, Azərbaycanla əməkdaşlığı inkişaf etdirir.
“Bizdə olan müqaviləyə əsasən, 2023-cü ilin dördüncü rübündə Azərbaycandan 100 milyon kubmetr qaz alacağıq. Bundan başqa, siyasi sazişə əsasən, sonrakı dövrdə qaz nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq”, - deyə nazir vurğulayıb.
Bu ilin iyun ayında SOCAR və Macarıstanın “MVM CEEnergy” şirkəti arasında 2023-cü ildə Macarıstana 100 milyon kubmetr qaz tədarük edilməsi haqqında müqavilə imzalanıb. Tədarükə IV rübdə başlanılacaq.
Daha əvvəl Siyarto Macarıstanın Azərbaycandan hər il 2 milyard kubmetrə yaxın qaz almaq niyyətində olduğunu bildirmişdi.*
R.Əhmədov