Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2023-cü il iyulun 31-nə 2 milyard 331,2 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 32,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyul ayında bankların xarici öhdəlikləri 9,3% və ya 238,6 milyon manat (iyunda +14,7 milyon manat) azalıb.
AMB-nin məlumatına görə, iyul ayının sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 3 milyard 597,1 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 44% azdır.
İyulda bankların xalis xarici aktivləri 654,2 milyon manat və ya 15,4% azalıb (iyulda -1 milyard 193,9 milyon manat).
2022-ci ildə Azərbaycan banklarının xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri 10,7% artıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
2023-cü il iyulun sonuna Azərbaycanda 24 bank fəaliyyət üçün lisenziyaya malikdir.*
R.Əhmədov