Bu gün Ermənistan ərazisində 4,1 maqnitudalı zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ Azərbaycanda da hiss edilib.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 13:59-da Ermənistan ərazisində qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, zəlzələ Tovuz stansiyasından 38 km cənub-qərbdə Ermənistan ərazisində qeydə alınıb.
Yeraltı təkanlar Azərbaycanın sərhəd (qərb – İF) rayonlarında 3 bala qədər hiss olunub.*
R.Kərimov