2023-cü ilin birinci yarısında Azərbaycan $314 milyon 376,13 min dəyərində 2 mlrd 825 milyon 456,34 min kVt-saat elektrik enerjisi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
2022-ci ilin eyni dövrü ilə müqayisədə ixrac say ifadəsində 4,5 dəfə, dəyərə ifadəsində - 8,9 dəfə artıb.
İxracın strukturunda Rusiyaya elektrik enerjisi tədarükü $2 milyon 649,7 min dəyərində 64 milyon 923,89 min kVt-saat, Gürcüstana - $84 milyon 393,97 min dəyərində 1 milyard 361 milyon 128,6 min kVt-saat (artım 11,1 dəfə), Türkiyəyə - $226 milyon 910,08 min dəyərində 1 milyard 384 milyon 537,9 min kVt-saat (artım 3,5 dəfə), İrana - $422 min dəyərində 14 milyon 866 min kVt-saat (azalma 77,7%) təşkil edib.
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan $2 milyon 41,21 min dəyərində (artım 3% - İF) 63 milyon 522,04 min kVt-saat (2022-ci ilin birinci yarısı ilə müqayisədə say ifadəsində artım 17,7% təşkil edib) elektrik enerjisi idxal edib.
Eyni zamanda, RF-dən $1 milyon 465,12 min dəyərində 45 milyon 78,4 min kVt-saat (artım 17,7%), Gürcüstandan - $92,47 min dəyərində 1 milyon 422,63 min kVt-saat (azalma 26,2 dəfə), İrandan - $483,62 min dəyərində 17 milyon 21 min kVt-saat (artım 9,2%) təşkil edib. **
N.Abbasova