“AzInTelecom” MMC Rəqamsal Transformasiya layihəsi çərçivəsində lisenziyaların satın alınmasına 5,1 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “AzInTelecom” “Softline Trade” MMC ilə 5 milyon 118,975 min manat məbləğində müqavilə bağlayıb.
Müqavilənin yerinə yetirilmə müddəti 20 gündür.
“AzInTelecom” MMC 2015-ci ilin iyun ayında yaradılıb. Şirkətin fəaliyyət istiqamətləri bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, biznes həlləri, informasiya təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir.
“AzInTelecom” MMC Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.*
B.Rüstəmbəyov