Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla görüşüb.
“İnterfaks-Azərbaycan” agentliyi nazirliyə istinadən məlumat verir ki, nazirlər iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, sərmayələrin təşviqi, birgə layihələrin icrası və sənaye parkları çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
“O cümlədən, nəqliyyat-logistika, rəqəmsallaşma, sənaye, o cümlədən, neft-kimya və neft emalı və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb”, - nazirlikdən vurğulanır. **
B.Rüstəmbəyov