Avqustun 21-də Azərbaycan Silahlı Qüvvələri qeyri-qanuni erməni silahlı dəstələrinin Qarabağdakı mövqelərini gücləndirmə tədbirlərinin qarşısını alıb.
“Avqustun 21-də saat 19:45 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri ilə üzbəüz mövqelərini gücləndirmək məqsədilə Ural markalı hərbi nəqliyyat vasitəsində yerdəyişmə fəaliyyəti müşahidə edilib”, - deyə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Bölmələrimizin sayıqlığı nəticəsində qeyd olunan istiqamətdə qəti tədbirlər görülüb, yerdəyişmənin qarşısı alınıb.*
N.Abbasova