Çərşənbə axşamı Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana ikigünlük dövlət səfərəin yola düşüb.
«İnterfaks-Azərbaycan» Özbəkistan liderinin saytındakı məlumata istinadən xəbər verir ki, səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
"Səfər proqramına əsasən, Bakı şəhərində məhdud və geniş formatlarda yüksək səviyyədə danışıqlar aparılacaq. Füzuli və Şuşa (Azərbaycanın Qarabağ regionunda - IF) şəhərlərinin birgə (Əliyev və Mirziyoyevin - İF) ziyarət, həmçinin iki dövlət başçılarının iştirakı ilə digər tədbirlərin keçirilməsi nəzərdə tutulub", - məlumatda vurğulanır. **
N.Abbasova