Səhiyyə Nazirliyi Bakı şəhəri 4 nömrəli Uşaq Vərəm Sanatoriyasının köhnə binası sökülməklə, onun ərazisində 100 çarpayılıq Birləşmiş Şəhər Xəstəxanasının tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına 300 min manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “BIMD” MMC ilə 295,8 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin icra müddəti 90 təqvim günü təşkil edir.*
R.Kərimov