Azərbaycan prezidenti İlham Əliyevin və Özbəkistan prezidenti Şavkat Mirziyoyevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra bir sıra Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Xüsusilə, dövlət başçıları “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” imzaladılar.
Bundan başqa, “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş”, “Gənclər siyasəti və idman sahələrində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Həmçinin, “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Protokol”, “İcazə blanklarının elektron mübadiləsi üzrə informasiya sisteminin tətbiqi sahəsində əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikası və Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Özbəkistan Respublikasının Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Komitəsi arasında əməkdaşlıq haqqında Protokol” imzalanıb.
O cümlədən, “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibinin Xidməti ilə Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının Aparatı arasında əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Eyni zamanda, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi” və “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsi”ni imzalanıb. **
B.Rüstəmbəyov