Azərbaycanın müdafiə naziri və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında telefon danışığı olub.
“Avqustun 22-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə telefon danışığı olub”, - Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı, həmçinin iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub”, - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov