Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki olaraq reallaşmasında görəcək. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Azərbaycan və Özbəkistan ictimaiyyəti bugünkü danışıqların nəticəsini həm Azərbaycanda, həm də Özbəkistanda layihələrin praktiki olaraq reallaşmasında görəcək. Bu yaxınlarda $500 milyonluq nizamnamə fondu ilə yaradılan birgə investisiya fondu bu məbləği k və onu artırmaq lazım gələcək”, - Əliyev çərşənbə axşamı Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında deyib.
“Bütün bunlar yenə də ondan xəbər verir ki, biz doğru yoldayıq, prezidentlərin qarşıya qoyduqları vəzifələr yerinə yetirilir. Şavkat Miromonoviçlə bir neçə il əvvəl razılığa gəldiyimiz kimi, biz verilən bütün tapşırıqların icrasına mütəmadi rejimdə nəzarət edirik. Bu, uğurun əsas şərtlərindən biridir”, - Azərbaycan prezidenti vurğulayıb. **
B.Rüstəmbəyov