Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 23-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 23-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8463 manat/1EUR səviyyəsində (avqustun 22-nə 1.8544 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 23-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.018 manat/1RUB səviyyəsində (avqustun 22-nə 0.0181 manat/1RUB) müəyyən edib.
AMB avqustun 23-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0625 manat/1TRY səviyyəsində saxlayıb.*
R.Kərimov