2023-cü ilin əvvəlindən Azərbaycan RF-nin Stavropol diyarına 147,82 ton fındıq tədarük edib.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadsor”a istinadən məlumat verir ki, ötən illə müqayisədə Azərbaycandan fındıq tədarükü 58,2% (2022-ci ilin eyni dövründə diyara 93,4 ton fındıq gətirilib - İF) artıb.
“Rosselxoznadsor”un İdarəsi tərəfindən laboratoriyalarda entomoloji laboratoriya tədqiqatları üçün nümunələr seçilib. Karantin fitosanitar vəziyyət müəyyən ediləndən sonra fındığln realizə olunmasına icazə verilib”, - qurumdan vurğulanır. **
B.Rüstəmbəyov