2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1 milyon 143,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 37,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 32,8%-i Rusiya Federasiyası, 18,2%-i Türkiyə, 7,4%-i İran, 4,7%-i Gürcüstan, 4,9%-i Hindistan, 2,3%-i Pakistan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,4%-i Qazaxıstan, 1,8%-i Özbəkistan, 3,9%-i Səudiyyə Ərəbistanı, 1,5% İsrail, 1,5% Ukrayna, 1,4% Belarus, 1,3% Küveyt, hər birindən 1,2% olmaqla Böyük Britaniya və Türkmənistan, 11,4%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 70,5%-ni kişilər, 29,5%-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,7 dəfə artaraq 477,1 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 36,5% artaraq 57,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,6% artaraq 185,4 min nəfər olub.
Xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,8% artaraq 993,5 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,6 dəfə, Gürcüstana gedənlərin sayı 32,5%, Türkiyəyə gedənlərin sayı 6,4% artıb, İrana gedənlərin sayı isə 24,7% azalıb.
Ölkə vətəndaşlarının 42,5%-i Türkiyəyə, 22,7%-i Rusiya Federasiyasına, 9,2%-i Gürcüstana, 7,9%-i İrana, 17,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,5%-ni kişilər, 33,5%-ni qadınlar təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya 2021-ci illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1 milyon 489,5 min nəfər olub.**
B.Rüstəmbəyov