Çərşənbə günü Rusiyanın müdafiə nazirinin müavini Aleksandr Fomin və İranın Quru Qoşunlarının komandanı Kiumars Heydəri hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə çərşənbə günü Rusiya Müdafiə Nazirliyi məlumat verir.
«İkitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələləri müzakirə olunub», - məlumatda bildirilir.
«İkitərəfli təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb», - Rusiya Müdafiə Nazirliyi məlumat verib.
«Tərəflər dialoqun dərinləşməsi və müdafiə sahəsində təmasların inkişaf səviyyəsinin yüksəldilməsi niyyətini təsdiql ediblər», - məlumatda deyilir. **