Rusiyanın baş naziri MixailMişustin 24-15 avqust tarixlərində Ermənistana səfər edəcək. O, burada Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək
Avrasiya Hökumətlərarası Şurasının iclası Avrasiya İqtisadi Birliyi orqanlarına Rusiyanın sədrliyi himayəsində Tsaxkadzor şəhərində keçiriləcək və Birliyin işə başlamasından etibarən sayca 36-cı, bu il isə üçüncü olacaq. «AİB çərçivəsində inteqrasiya proseslərinin dərinləşdirilməsi məsələlərinin müzakirə edilməsi və orta və uzunmüddətli perspektivlər üçün Birliyin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi planlaşdırılır», - Rusiya Federasiyası hökumətinin mətbuat xidmətindən bildirilib. **