Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin Qarabağa yüklərin çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə etməkdən imtinasını bu regionun erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinə əngəl olmaq və “Azərbaycan ərazilərində marionet rejimini saxlamaq” cəhdi ilə izah edib.
“Ermənilər niyə Ağdam yolundan istifadə etməkdən imtina edirlər? Çünki onlar reinteqrasiyaya deyil, (...) can atırlar və Azərbaycan ərazilərində öz qeyri-qanuni marionet rejimlərini saxlamaq istəyirlər”, - Hacıyev POLITICO nəşrinə bəyan edib.
O əlavə edib ki, Bakı yüklərin Qarabağa Laçın yolu ilə deyil, Ağdam şəhərindən çatdırılmasını istəyir. Hacıyev bunu qeyd olunan marşrutun Qarabağı tarixən Azərbaycanın digər əraziləri ilə birləşdirdiyi, həmçinin bu yolun daha az xərc tələb etdiyini və daha rahat olduğu ilə izah edib. **
R.Kərimov