Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin iki əməkdaşı bədbəxt hadisə nəticəsində vəfat edib. Bu barədə “Report” agentliyi məlumat yayıb.
“N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ)birinci mədən ərazisində neft yığım məntəqəsində qəzalı sahədə planlı təmir işləri apararkən “Neftqaztikinti” trestinin əməkdaşları 1960-cı il təvəllüdlü, quraşdırıcı vəzifəsində çalışan Ağaməmmədov Şirvan Ataş oğlu və 1984-cü il təvəllüdlü, qaynaqçı vəzifəsində çalışan Nərimanov Şamo Mətləb oğlu beton plitələrin çökməsi nəticəsində dənizə düşüblər”, - deyə məlumatda bildirilir.
Aparılan axtarış-xilasetmə işləri nəticəsində hər iki şəxsin nəşi dənizdən çıxarılıb.*
N.Abbasova