Xocalı rayonunun Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktor tank əleyhinə minaya düşüb, nəticədə sürücü Əfqan Ələkbərli xəsarət alıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilir.
“Avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub”, - məlumatda deyilir.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.
Hazırda faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır. **