Rusiya Federasiyasının baş naziri Mixail Mişustin əmindir ki, Cənubi Qafqazda iqtisadi və logistika əlaqələrinin açılmasında yeni infrastruktur marşrutlarının yaradılması regionun davamlı iqtisadi inkişafına xidmət edəcək.
"Biz Cənubi Qafqazda ardıcıl olaraq iqtisadi, nəqliyyat və logistika əlaqələrinin açılmasının tərəfdarıyıq. Üç liderin - Rusiya, Ermənistan, Azərbaycanın razılaşmalarına əsasən əminəm ki, yeni infrastruktur marşrutlarının yaradılması regionun davamlı iqtisadi inkişafını təmin edəcək", - Mişustin bildirib.
Bundan əlavə, onun sözlərinə görə, bu bölgədə yaşayan insanlar arasında əlaqələri də gücləndirəcək. **