Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistandan Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına əngəl törətməməyi tələb edib.
“Ermənistan tərəfi reinteqrasiya prosesinə əngəl törətməməlidir”, - Bayramov cümə axşamı Belçika XİN başçısı Hadija Labib ilə mətbuat konfransında bildirib.
“İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir ki, nazir qeyd edib ki, belçikalı həmkarını danışqların gedişi, Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi barədə məlumatlandırıb, Bakının bu istiqamətdə atdığı addımlar haqqında söz açıb.
Bayramov əlavə edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərində (Qarabağda - İF) Ermənistan tərəfindən maliyyələşdirilən qanunsuz silahlı dəstələri hələ də qalmaqdadır. **
Xəbərlər şöbəsi