Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrəvanı Azərbaycanın Qarabağ regionuna yüklərin gətirilməsini siyasiləşdirməkdə ittiham edib və bu yanaşmanı yolverilməz adlandırıb.
“Ermənistan humanitar yükün daşınması üçün Azərbaycanın təklif etdiyi marşrutlardan imtina etməklə bu məsələni siyasiləşdirir. Humanitar yardımın siyasiləşdirilməsi yolverilməzdir”, - Bayramov cümə axşamı Belçikanın xarici işlər naziri ilə mətbuat konfransında deyib.
O qeyd edib ki, danışıqlar zamanı avqustun 16-da BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunan və söylənənləri belçikalı nazirin diqqətinə çatdırıb.
Nazirin sözlərinə görə, humanitar yardımın yalnız bir marşrutla qəbul edilməsi, digər alternativ yollardan imtina olunması, humanitar yardımın siyasiləşdirilməsi deməkdir. İrəvan məhz bununla məşguldur.
“Azərbaycan bir deyil, bir neçə yoldan istifadə etməyi təklif edir”, - deyə Bayramov dialoqun vacibliyi vurğulayıb və bundan yayınmağın qeyri-konstruktiv olduğunu qeyd edib.
Bayramov əlavə edib ki, Azərbaycanın sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsini təsis etdiyini qəbul edə bilməyən Ermənistan bu səbəbdən hərbi və siyasi təxribatlara yol verir. **
Xəbərlər şöbəsi