Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublikanın bir sıra təhsil müəssisələrində təmir işlərinə 12,766 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, “ELITE CONSTRUCTION” MMC ilə 4,484 milyon manat, “DMC ALYANS QRUP” MMC ilə 1,263 milyon manat, “UNIVERSAL-S” MMC ilə 3,813 milyon manat və “TURAN.I.O” MMC ilə 3,206 milyon manat məbləğində müqavilələr bağlanıb.
Müqavilə çərçivəsində işlərin yerinə yetirilmə müddəti 3 aydır.*
R.Kərimov