“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) 2022-ci ilin yekunları üzrə 6 milyon 132,634 min manat məbləğində xalis mənfəət əldə edib ki, bu da 2020-ci ilin göstəricisindən 3 dəfə çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyi İB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə zavod 1 milyon 533,159 min manat mənfəət vergisi (azalma 17%) ödəyib.
İstehsalat Birliyinin əsas əməliyyat gəliri 156 milyon 81,207 min manat (artım 75,6%) təşkil edib. İstehsal edilən məhsulun maya dəyəri 78,5% - 77 milyon 644,256 min manata qədər artıb.
Nəticədə ötən il müəssisənin ümumi əməliyyat mənfəəti 7 milyon 665,793 min manat (artım 3 dəfə) təşkil edib.
2022-ci ilin sonuna şirkətin aktivləri 88 milyon 741,677 min manat (azalma 9,2%), öhdəlikləri 65 milyon 930,536 min manat məbləğində (azalma 0,3%) qiymətləndirilir.
Ötən ilin sonuna şirkətin məcmu kapitalı 22 milyon 811,141 min manat (azalma 27,9%), nizamnamə kapitalı 3 milyon 572,592 min manat (dəyişməyib) təşkil edib.
2023-cü ilin əvvəlinə zavodun ümumi bölüşdürülməmiş mənfəəti 6 milyon 132,634 min manat məbləğində qiymətləndirilir.
Gəncə Avtomobil Zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir.*
B.Rüstəmbəyov