N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin iki əməkdaşının həlak olması faktı üzrə Qaradağ rayon prokurorluğunda cinayət işi başlanıb.
“Avqustun 24-də N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsi Tikinti Trestinin 7 saylı tikinti bölməsinin qaynaqçısı 1984-cü il təvəllüdlü Şamo Nərmanov və həmin bölmənin quraşdırıcısı 1960-cı il təvəllüdlü Şirvan Ağaməmmədovun Xəzər dənizində yerləşən platformada beton bloklar quraşdıran zaman döşəmənin dağılması səbəbindən suya düşmələri və nəticədə boğularaq ölmələri faktı üzrə Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanıb”, - deyə Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.*
N.Abbasova