Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər rayonuna səfər ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Səfər çərçivəsində prezident “AzərEnerji” ASC-nin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olub.
Dövlət başçısına “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər barədə məlumat verilib.
Bundan başqa, Prezident İlham Əliyev Zar kəndinin təməlqoyma mərasimində iştirak edib.*
R.Kərimov