Dövlət Sosial Müdafiə Fondu (DSMF) iki filialı üçün ofis sahəsinin icarəsinə 5,1 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, DSMF fiziki şəxs Qaze Həsənova ilə ümumilikdə 5 milyon 150,412 min manat məbləğində iki müqavilə bağlayıb.
Birinci müqavilə DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri 3 milyon 481,812 min manatdır.
Fondun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasını nəzərdə tutan ikinci müqavilənin məbləği isə 1 milyon 668,6 min manatdır.*
B.Rüstəmbəyov