Bu gün Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində mərmi alışdırıcısı partlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) istinadən xəbər verir.
“Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Həbib Qasımov xəsarət alıb. Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb. Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov