Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Siyəzən Regional Mühafizə Şöbəsinin inzibati binasının tikintisi və həyətyanı sahəsinin qurulması işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi “ECE GROUP” MMC olub.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, “ECE GROUP” MMC ilə 508,504 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində işlərin yerinə yetirilmə müddəti 9 aydır.*
R.Kərimov