Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.
“İnterfaks-Azərbaycan” agentliyi Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, iyirmi iki dövlətin hərbi attaşelik aparatının nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub.
“Səfər çərçivəsində qonaqlara Azərbaycan Ordusunun arsenalında yer alan bəzi pilotsuz uçuş aparatları əyani olaraq göstərilib, onların taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib”, - deyə nazirlikdən qeyd edilib.*
R.Əhmədov