2023-cü ilin I yarısında “Bakı Metropoliteni” QSC sərnişin daşınmasından 40 milyon 425,6 min manat gəlir əldə edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 1,4 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin yanvar-iyun aylarında metro nəqliyyatı ilə 108 milyon 776,5 min sərnişin (artım 9,5%) daşınıb.
Xəbər verildiyi kimi, 2022-ci ildə “Bakı Metropoliteni” QSC sərnişin daşınmasından 60 milyon 749,9 min manat gəlir (artım 2,3 dəfə) əldə edib. Ötən il metro ilə 208 milyon 696,1 min sərnişin (artım 2,3 dəfə) daşınıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.*
N.Abbasova