Hindistan öz ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə düyü ixracına əlavə məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlum olub ki, ölkə hökuməti düyü ixracına 20% rüsum tətbiq edib və ixracın təxminən 80%-ni məhdudlaşdırıb.
Hindistanın ən böyük düyü ixracatçısı statusuna malik olması ilə əlaqədar dünya bazarlarında bu məhsulun qiymətinin bahalaşacağı ehtimal olunur.
“Bu addım sayəsində daxili qiymətlər ucuzlaşacaq və bu, hökumətə ərzaq inflyasiyasını nəzarətdə saxlamağa kömək edəcək”, - deyə Düyü İxracatçıları Assosiasiyasının prezidenti Krişna Rao əmindir.*
V.Əliyev