Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Moldovanı Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə XİN “X” sosial şəbəkəsində paylaşım edib.
“Müstəqillik Günü münasibətilə dostumuz və tərəfdaşımız Moldovanın xalqını və hökumətini təbrik edir və ən xoş diləklərimizi bildiririk!” - deyə paylaşımda qeyd olunur.
XİN iki ölkə arasında strateji əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.*
V.Əliyev