Prezident İlham Əliyev Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə bu ölkənin Prezidenti Maya Sanduya təbrik məktubu ünvanlayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Əliyev Azərbaycan-Moldova ikitərəfli əlaqələrinin mövcud səviyyəsindən məmnunluq ifadə edib.
“Xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Moldova dostluq və əməkdaşlıq əlaqələrinin müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur. Siyasi əlaqələrimizin yüksək səviyyəsi bir sıra sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaratmışdır. Əminəm ki, Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq əlaqələrinin möhkəmləndirilməsi, xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızın dərinləşdirilməsi, birgə fəaliyyətimizin potensialından tam istifadə olunması naminə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”, - deyə Azərbaycan lideri vurğulayıb.*
V.Əliyev