Avropa İttifaqı (Aİ) Afrikanın qərbinə yeni hərbi-mülki missiya göndərməyi planlaşdırır. Bu barədə “Welt” nəşri yazıb.
Qana, Toqo, Benin və Kot-d`İvuara göndəriləcək missiyanın məqsədi antiterror əməliyyatları üçün qüvvələrin hazırlanmasından ibarətdir.
Qvineya körfəzi sahilinin ölkələrinə göndəriləcək polis və hərbçilərin sayı məlum deyil.
Missiyanın məqsədlərinə, həmçinin yerli təhlükəsizlik qüvvələrinin gücləndirilməsi, onlara texniki dəstəyin göstərilməsi və təhlükəsizlik sahəsində etimadın möhkəmləndirilməsi daxildir.*
V.Əliyev