HƏMƏS törətdiyi cinayətlərin bədəlini tam ödəyəcək. Bunu İsrailin baş naziri Binyamin Netanyahu HƏMƏS-in İsraili müharibə ilə hədələməsinə cavab olaraq deyib.
Siyasətçi bildirib ki, İsrailə qarşı terror hücumları təşkil etməyə və maliyyələşdirməyə çalışan hər kəs bunun bədəlini ödəyəcək.
Avqustun 25-də Fələstinin HƏMƏS hərəkatının siyasi büro rəhbərinin müavini Saleh əl-Aruri bildirib ki, hərəkat İsrailə qarşı tammiqyaslı müharibəyə başlamağa hazırdır və bu, İsrailin tam məğlubiyyəti ilə nəticələnəcək.*
V.Əliyev