Azərebaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutulması barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkzib edir.
“Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində (Azərbaycan-Ermənistan sərhədində - İF) yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”,- nazirliyin məlumatında deyilir. **
R.Kərimov